deb.azDaha yaxşı məkanlar

4 sot bələdiyyə sənədli tikinti təyinatlı torpaq sahəsi satılır

Satılır

Bakı, Sabunçu rayonu, Bilgəh

4 sot bələdiyyə sənədli tikinti təyinatlı torpaq sahəsi satılır — şəkil 1
1 / 9

Əmlak haqqında

🌲Yaşayış (fərdi tikinti)
Torpaq
Sənəd
Bələdiyyə sənədi
Torpaq sahəsi
4 sot
1 sot qiyməti
8.750 AZN/sot
İpoteka
Göstərilməyib

Təsvir

Fərdi yaşayış evi və ya bağ evi tikmək üçün möhkəm bünövrəyə malik, hündür ərazidə yerləşən 4 sot torpaq sahəsi təcili olaraq əlimyandı qiymətə satışa çıxarılıb. Birbaşa mülkiyyətçidən təqdim olunur. Torpaq sahəsinin xüsusiyyətləri və relyefi: Perimetr və Təhlükəsizlik: Dörd bir tərəfi hündür daş hasarla tam əhatə olunub, küçəyə çıxışı olan keyfiyyətli dəmir darvazası qoyulub. Tam məxfi və təhlükəsiz həyət sahəsidir. Relyef və Bünövrə: Hündür və ponoramalı ərazidə yerləşir. Torpağın səthi qayalıq olduğu üçün tikiləcək evin bünövrəsi (fundamenti) son dərəcə möhkəm və davamlı olacaqdır. (Şəkillər 04.10.2026-cı il tarixində yağışlı havadan dərhal sonra çəkilmişdir). Kommunikasiya: İşıq, qaz və su xətlərinin çəkilməsi üçün rahat giriş-çıxış nöqtələri və əlverişli sərhədləri var. Sənədləşmə və Hüquqi vəziyyət: 2005-ci il Bələdiyyə qərarı və Ayırma aktı mövcuddur. Bələdiyyədə vergi ödəyicisi kimi rəsmi qeydiyyatdadır. Bütün sənədlər Çıxarışa (Kupçaya) gedən sənədlərdir və hazırda vəkil tərəfindən Kupçanın alınması mərhələsindədir. Satış şərtləri: Təcili satıldığı üçün bazar qiymətindən aşağı təqdim olunur. Xahiş olunur yalnız fikri ciddi olan şəxslər əlaqə saxlasınlar. Ətraflı məlumat almaq və torpaq sahəsinə yerində baxış keçirmək üçün dərhal əlaqə saxlaya bilərsiniz.

📄 Bələdiyyə sənədi

Yerləşmə

Bilgəh, Sabunçu, Bakı

Xəritə yüklənir...

Oxşar elanlar

Hamısına bax →