Ağsuda 20000 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsi satılır
SatılırAğsu

Əmlak haqqında
- Sənəd
- Çıxarış (Kupça)
- Torpaq sahəsi
- 20000 sot
- 1 sot qiyməti
- 125 AZN/sot
- İpoteka
- Göstərilməyib
Təsvir
Ağsu rayonunun mərkəzindən cəmi 3-4 km aralıda, ana magistral yolun düz kənarında yerləşən, ümumi sahəsi 200 hektar olan analoqsuz mülk təcili olaraq satışa çıxarılır. Sənədləri tam qaydasında və özəl mülkiyyətdə olan bu cür böyük əraziyə rast gəlmək çox çətindir. Ərazinin sənəd göstəriciləri: 5 hektar: Özel mülkiyyət, Çıxarışlı (Kupçalı) sahibkarlıq təyinatlı torpaq. 125 hektar: Özel mülkiyyət, Çıxarışlı (Kupçalı) kənd təsərrüfatı təyinatlı torpaq. 70 hektar: Şəxsin adına rəsmiləşdirilmiş bələdiyyə sənədli ərazi (icarə deyil). Mövcud infrastruktur və təsərrüfat imkanları: Tikililər və Şərait: Ərazidə iri həcmli ferma kompleksi və fərdi elektrik transformatoru fəaliyyət göstərir. Əlavə Razılaşma: İstəyə uyğun olaraq, fermada olan mal-qara və kənd təsərrüfatı texnikaları da qarşılıqlı razılaşma ilə alıcıya təhvil verilə bilər. Relyef və Suvarma: Düzgün və hamar səthə malikdir. Ərazinin kənarından suvarma üçün açıq su kanalı/arxı keçir. İstifadə Təyinatı: Taxılçılıq, yem bitkiləri, tərəvəzçilik, böyük meyvə bağları, istixana kompleksləri, otlaq və heyvandarlıq ferması üçün ideal mühitdir. Həmçinin açıq və günəşli panoraması sayəsində alternativ enerji (külək və günəş panelləri) layihələrinə də uyğundur. Yol və Giriş: İrihəcmli texnikaların rahat hərəkəti və kənd yollarına birbaşa çıxışı mövcuddur.
Yerləşmə
Ağsu