deb.azDaha yaxşı məkanlar

Qaraçuxurda, Lukoil Yanacaqdoldurma Məntəqəsinin Yaxınlığında 5 Otaqlı Əsaslı Təmirli Həyət Evi Satılır — Kupçalı

SatılırPremium

Bakı, Suraxanı rayonu, QaraçuxurMNariman Nərimanov

Qaraçuxurda, Lukoil Yanacaqdoldurma Məntəqəsinin Yaxınlığında 5 Otaqlı Əsaslı Təmirli Həyət Evi Satılır — Kupçalı — şəkil 1
1 / 19

Əmlak haqqında

5 otaq
2 mərtəbə
Yeni təmirli
Həyət evi/Bağ evi
Sənəd
Çıxarış (Kupça)
Sahə
201 m²
Torpaq sahəsi
2 sot
1 m² qiyməti
1.070 AZN/m²
İpoteka
Göstərilməyib

Təsvir

Bakının səfalı və sakit ərazilərindən biri olan Qaraçuxur qəsəbəsində, Şərq yaşayış massivində — tanınmış "Lukoil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında ümumi sahəsi 2.2 sot olan həyət evi satışa çıxarılıb. Ev Haqqında Məlumat: Ümumi sahə: 201 kv.m, 2 mərtəbəli, geniş və funksional planlaşdırmaya malik 5 otaqlı mənzil. Tikinti keyfiyyəti: Ev keyfiyyətli materiallarla tikilib, qoşa daşdır və mərtəbələr arası monolit betondur. Təmir: Şəxsi yaşayış üçün tikildiyindən təmiri əsaslı və yüksək səviyyədə aparılıb. Evdə geniş eyvan mövcuddur. Sanitar qovşaqları: Rahatlığınız üçün evin daxilində 2, həyətdə isə 1 olmaqla ümumilikdə 3 sanuzel mövcuddur. Kommunal xidmətlər: Qaz, su, işıq daimidir; istilik sistemi kombidir. Sənədləşmə: Evin də, torpağın da mülkiyyət sənədi (Çıxarış / Kupça) mövcuddur. İnfrastruktur və Nəqliyyat: Ərazi yaşayış üçün son dərəcə əlverişlidir. Yaxınlıqdan 208, 209, 103 və 104 nömrəli müntəzəm marşrut xətləri keçir ki, bu da şəhərin istənilən istiqamətinə rahat gediş-gəlişi təmin edir. Ətrafda bütün zəruri iaşə obyektləri fəaliyyət göstərir. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.

📄 Çıxarış (Kupça)🚇 Nariman Nərimanov

Yerləşmə

Qaraçuxur, Suraxanı, Bakı

Xəritə yüklənir...

Oxşar elanlar

Hamısına bax →