
Şahdağ yolunda günlük kirayə həyət evi – Qusar, Çiləgir kəndi (10 nəfərlik, Manqal, Samovar, Besedka)
📍 Qusar, ÇİLƏGİR
Təsvir
Qusar rayonunun mənzərəli Çiləgir kəndində, Şahdağ Turizm Mərkəzinə gedən rahat yol üzərində yerləşən "Shahdag Family Home" ailəvi və qrup istirahəti üçün günlük kirayə verilir! Sakit kənd mühitində, təmiz havada 10 nəfərədək qonağın rahat yerləşməsi üçün bütün şərait yaradılıb. Mənzilin daxili imkanları: Tutum: 10 nəfərədək (4 yataq otağı: 3 cüt və 3 tək çarpayı). Otaqlar: Geniş qonaq otağı, tam təchiz olunmuş mətbəx, ev daxilində hamam/tualet və həyətdə əlavə sanitar qovşaq. Komfort və İstiləşmə: Kombi istilik sistemi, daimi isti/soyuq su, yüksek sürətli Wi-Fi internet. Məişət avadanlıqları: Soyuducu, qaz sobası, mikrodalğalı soba, elektrik çaydanı, paltaryuyan maşın, tozsoran, ütü, ütü masası və fen. Təchizat: Tam qab-qacaq dəsti, təmiz yataq dəstləri, bədən/üz dəsmalları və təmizlik vasitələri. Həyətyanı sahə və əyləncə: Geniş naves və oturmaq üçün rahat besedka (çardaq). Yay mətbəxi, manqal və çay samovarı. 2–3 avtomobil üçün təhlükəsiz həyətiçi parkinq yeri. Daxili qaydalar: Ev daxilində siqaret çəkmək və ayaqqabı ilə gəzmək qadağandır. Ev heyvanlarının gətirilməsinə icazə verilmir. Rezervasiya zamanı qeyd olunmayan əlavə şəxslərin evə gətirilməsi qadağandır. Ailəniz və ya dostlarınızla unudulmaz Şahdağ istirahəti üçün əlaqə saxlaya və öncədən bron edə bilərsiniz.